Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

İsmayıllıda Xəlilovlar ailəsi dövlətdən kömək umur...


Xəlilovlar ailəsi
Xəlilovlar ailəsi
.
İsmayıllı şəhərində yaşayan Xəlilovlar ailəsi övladlarının anadangəlmə qan xəstəsi olduğu üçün dövlətdən yardım istəyirlər.
«HƏKİMLƏR DEYİR Kİ...»
Körpələrin nənəsi, Gülnaz Xəlilova deyir ki, nəvələrinin ikisidə qan xəstəliyindən əziyyət çəkir:
«Bu xəstəliyin respublikada müalicəsi yoxdur. Dəfələrlə Bakıda qanköçürmə institutunda müalicə olunmalarına baxmayaraq, müalicə heç bir effekt verməyib. Həkimlər deyir ki, bu xəstəliyi yalnız xaricdə müalicə etmək olar. Bütün bunlara külli miqdarda pul tələb olunur. İmkanımız çatmır».
Gülnaz Xəlilova qeyd edir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət ediblər. Onun sözlərinə görə, müraciətə əvvəlcə reaksiya olub:
«SÜMÜK İLİYİ TRANSPLANTASİYASI RESPUBLİKADA MÜMKÜN DEYİL»
«Müraciətimizi vətəndaşların xaricdə müalicəsi komissiyasına- Nəsib Quliyevin komissiyasına göndərdilər. Uşaqların hər ikisi komissiyadan keçdilər. Həkimlər bildirdilər ki, uşaqlara ancaq sümük iliyi köçürtməklə müalicə etmək olar. Eyni zamanda həkimlər bildirdilər ki, sümük iliyi transplantasiyası respublikada mümkün deyil və ona görə də bizə heç bir kömək edə bilməyəcəklər».
Gülnaz Xəlilovanın sözlərinə görə, balaca nəvəsi Natiq Xəlilov hələ səkkiz aylıqdır, böyük nəvəsi Nicat Xəlilovun isə üç yaşı var.
Ruslan Xəlilov
Ruslan Xəlilov
Uşaqların atası Ruslan Xəlilov isə deyir ki, xəstəliyin diaqnozunu respublikada təyin etmək mümkün olmayıb. Ona görə də, külli miqdarda borc edərək, tibb univeristetinin köməkliyi ilə Macarıstanda uşaqlara diaqnoz qoyulub.
AZƏRBAYCANDA İLK RAST GƏLİNƏN XƏSTƏLİK?
Ruslan Xəlilov qeyd edir ki, Tibb univeristetinin həkimləri deyirlər ki, bu xəstəliyə ölkədə ilk dəfədir ki, rast gəlinir:
«Əvvəllər də belə xəstəlik respublikada qeydə alınmayıb. Dəfələrlə dövlət strukturlarına müraciət edəndən sonra bizi respublika talessemiya mərkəzinə yönəltdilər. Respublika talessemiya mərkəzində uşaqlara sağlam bacı- qardaşdan məhdud şəkildə ilik transplantasiyası həyata keçirildi. Bu müalicənin də heç bir köməkliyi olmadı»
İRAN PROFESSORU İLƏ DANIŞDIM…
Ruslan Xəlilov daha sonra da deyir:
«Tibb univeristetinin köməyi ilə İran professoru ilə danışdım. İranlı professor mənə dedi ki, uşaqları İrana gətirməlisən və iki uşaqdan birinci növbədə analiz götürəcəm və bunun da qiyməti kimi məndən on beş (15) min manat pul istədi. Bu puldan əlavə uşaqlara xaricdə donor axtarılmalıdır. Bu proses də üç, beş ay çəkəcək və daha sonra müalicəsinə başlanacaq. Professorla hesabladıq, danışdıq axırda belə nəticə çıxdı ki, analiz pulundan əlavə mənə uşaqların müalicəsi üçün yüz min manat (100.000) pul lazımdır. Bu pulu heç bir sadə Azərbaycan ailəsi tapa bilməz. Hər ay uşaqların həyatda qalması üçün onları xəstəxanaya aparıb müəyyən tibbi müalicələr elətdirirəm. Hansı ki, aşağısı beş yüz manata (500) başa gəlir. Artıq təmiz müflisləşmişəm. Böyük oğlumun adına Unibankda hesab açdırmışam. Mən dövlətimizdən, prezidentimizdən, Mehriban xanım Əliyevadan, eləcə də imkanlı şəxslərdən kömək istəyirəm».
Hesab nömrə.UNİBANK CB SWIFT adresi UBAZA22 (Baku,AZ,Azerbaijan) Kod.505754.VÖİN.1300017201.
Hesab nömrəsiAZ35UBAZO1138987241010AZN001.Benefisiar Bankın hesab nöm.AZ46NABZ01350100000000015944. Məlumat üçün bu nömrəyə zəng edə bilərsiniz. 055 843 34 95.
XS
SM
MD
LG