Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 01:10

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi keçiriləcək


REAL Hərəkatının sədri İlqar Məmmədov və Yeni Müsavat qəzetinin köşə yazarı Tofiq Yaqublu
.
Noyabrın 4-də Müsavat Partiyasının başqanının müavini, Yeni Müsavat qəzetinin köşə yazarı Tofiq Yaqublunun və REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə hazırlıq iclası keçiriləcək. Proses Şəki Ağır Cinayətlər Məhkəməsində saat 14:00-da başlanacaq.
Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələri ilə ittiham irəli sürülüb.

Onlar həbslərini siyasi sifariş adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG