Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:01
-
Bakı Uşaq Teatrı Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ilə bir sıra silsilə tədbirlər keçirməyi planlaşdırır.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, silsilə tədbirlərin ilki Bayraq günü münasibətilə Bakı Uşaq Teatrının “Vətən” tamaşası olacaq.

Tamaşa Azərbaycanın dövlət atributlarına - Dövlət Bayrağına və Dövlət Himninə həsr edilib.

Tamaşada Azərbaycan Bayrağı və Himninin yaranma tarixi, keçdiyi əzablı və şərəfli yol pantomim üslubda əks olunub.

Tamaşanın rejissoru İntiqam-Soltandır.

2009-cu ildən verilən prezident sərəncamına əsasən, noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG