Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

İ. Əliyev: Beynəlxalq təşkilatların qərarları icra edilmir


İlham Əliyev
İlham Əliyev
.
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.

AzərTAc-ın məlumatına görə, forumda dünyanın 100-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
Forumun açılışında prezident İlham Əliyev çıxış edib. APA-nın məlumatına görə, prezident Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün olmasına diqqət çəkib, onların doğma yurdlarına qayıtmalı olduğunu bildirib. “Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz uzun illərdir, ermənilərin işğalı altındadır. Azərbaycan humanitar fəlakətlə üzləşib. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb”.

İLHAM ƏLİYEV: BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏRARLARI İCRA OLUNMUR
Dövlət başçısı ATƏT-in iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərdiyini, onların sənədlərində də Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığının əksini tapdığını qeyd edib: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakət ölkəmizin ümumi inkişafına ciddi zərbə vurur”.
İki gün davam edəcək forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək.
I Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildə keçirilib. Forumun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putindir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG