Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:14

Süleyman Dəmirəl Azərbaycana gəlib


Suleyman Demirel
Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl oktyabrın 30-da Azərbaycana gəlib.

Onu hava limanında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, Türkiyə səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri qarşılayıb.

Azərbaycan prezidenti İlham Əliyev Süleyman Dəmirəli Bakıda keçiriləcək “Bakı Beynəlxalq Humanitar Forum”a dəvət edib.

3 gün davam edəcək forumda XXI əsrdə dünya ölkələrinin qarşılaşdığı problemlər və digər məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG