Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:13

Həmsədrlər Azərbaycana gəlir


Foto arxiv
Foto arxiv
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcəklər.Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Həmsədrlər səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşəcək, münaqişənin həlli prosesində yaranmış vəziyyəti müzakirə edəcəklər.Həmsədrlərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.Onlar Bakıdan Ermənistana yollanacaq.

ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.
XS
SM
MD
LG