Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:33

Misirin ən məşhur yazıçısı qanlı çevrilişi niyə dəstəkləməsindən danışır


Alaa Al Aswany
Alaa Al Aswany
-

“Bu, terrorçu və faşistlərdən ibarət bir qrupdur”.

Bunu Misirdə ordunun hakimiyyətdən saldığı “Müsəlman qardaşlığı” hərəkatı haqda yazıçı Alaa al-Aswany deyir.

O, Misirin ən məşhur, əsərləri ən çox satılan yazıçısıdır. Ərəb ölkələrində diktatorlara qarşı ictimai rəyin, inqilabların yetişməsində onun 2002-ci ildə çıxan “Yakubyanın evi” əsərinin də rolu olub.

“Müsəlman qardaşlığı”ndan olan prezident Morsi devriləndən sonrakı iğtişaşlarda onun mindən çox tərəfdarı öldürülmüşdü.

Yazıçının buna münasibəti belədir:

“Mən insanların öldürülməsinə bəraət qazandıra bilmərəm. Amma aşırı gücün müharibə şəraitində istifadə edilməsi ilə dinc dövrdə istifadə edilməsi arasında fərq var. Biz isə müharibə şəraitində yaşayırıq”.

Al-Aswany bunları Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirir.

Qəzetin müxbiri onunla Qahirənin ətrafındakı evində söhbətləşib.

Al-Aswany deyir ki, “Müsəlman qardaşlığı” son 40 ildə heç də iddia elədiyi kimi xeyriyyə təşkilatı olmayıb, əksinə daim zorakılığa meylli olub.

Bəs yazıçı bu fikirləri ilə öz yazdıqlarının əleyhinə getmir ki?

Onun “Yaqubyanın evi” əsərində Taha adlı gənc terrorçu obrazı var.
Morsinin tərəfdarları etiraz aksiyasında, avqust 2013
Morsinin tərəfdarları etiraz aksiyasında, avqust 2013

Taha ona görə terrorçu olur ki, polis bölməsində işgəncəyə məruz qalır və zorlanır.

Yazıçının əsərdə hətta ona bir az simpatiya ilə yanaşdığı da hiss edilir.

Al-Aswany jurnalistin bu xatırlatmasına cavab olaraq gülümsəyib deyir ki, Tahanın hekayəti fərqlidir, onunla əvvəlcədən ədalətsiz davranılıb, “Müsəlman qardaşlığı” isə, onun fikrincə, lap əvvəldən terrorçuluğu öz siyasi fəaliyyətinə vasitə edib. Vaxtilə Misirin baş nazirini öldürüb, hətta prezident Gamal Abdel Nasser-ə sui-qəsd edib.

Yazıçı “Müsəlman qardaşlığı”nın hakimiyyəti dövründə insanlara işgəncə verildiyini, kilsələrin, polis idarələrinin yandırıldığını deyir.

Qəzet yazır ki, Misirdə bir çox liberal ziyalı Al-Aswany kimi düşünür.

Onlar “Müsəlman qardaşlığı”nın ölkəni şəriət dövlətinə çevirəcəyindən ehtiyat edirdilər.

Amma Al-Aswany bildirir ki, o, heç də köhnə rejimin bərpasını, yaxud hakimiyyətin ordunun əlində qalmasını istəmir, demokratik seçkilərin keçirilməsinə tərəfdardır.

"The Guardian"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG