Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

Azərbaycanda Magistr dərəcəsi alanlar hərbi xidmətdən azad edilə bilər


Foto arxiv
Foto arxiv
Milli Məclisin payız sesiyasında Elm haqqında”qanuna düzəlişlər edilməsi ilə bağlı bir sıra təkliflər müzakirə olunacaq.Bu barədə APA-ya Milli Məclisin Elm və təhsil komitəsindən məlumat verilib.

Təkliflərdə magistr dərəcəsi alanların birdəfəlik hərbi xidmətdən azad edilməsi və ya onlar üçün hərbi xidmətin 6 aya endirilməsi nəzərdə tutulur.

Layihəyə həmçinin magistraturaya girmək istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi və magistraturaya daxil olduqdan sonra onu bitirmək üçün 2 il möhlət hüququ verilməsi və s. təkliflər daxildir.

Qanun layihəsində həmçinin elmi dərəcələrlə bağlı müavinətlərə yenidən baxılması, gənc alimlərin dünya elminə inteqrasiyası və s. məsələlərlə bağlı təkliflər də var.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsinin müzakirəsi xeyli vaxtdır ki, yubanır.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev artıq layihənin müzakirəyə çıxarılması üçün heç bir problem olmadığını deyir.
XS
SM
MD
LG