Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:33

Moskva Millətlər Evində Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub


Nigar Rəfibəyli
Nigar Rəfibəyli
-
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, gecədə Nigar xanımın oğlu, yazıçı Anar və Günel Anarqızı iştirak edib.

Yubiley mərasimini Moskva Beynəlxalq Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqə Departamenti, Moskva Millətlər Evi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva Bölməsi və “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti birgə təşkil edib.

AYB-nin Moskva Bölməsinin sədri, professor Tofiq Məlikli gecəni açaraq görkəmli şəxsiyyət, lirik şeirlər müəllifi Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açıb.

Gecədə Moskva Dövlət Linqvistika Universitetinin müəllimi, professor Bella Musayeva, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, şairlərdən İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Nilufər Şıxlı, tərcüməçilər və ədəbi tənqidçilər Nigar Rəfibəylinin yaradıcılığından danışıb, onun ömür-gün yoldaşı, Rəsul Rza ilə bağlı xatirələrini bölüşüblər.

Yazıçı Anar Nigar Rəfibəylinin ailəsi adından yubiley gecəsinin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Gecədə Moskvanın 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbi şagirdlərinin, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dili bölməsinin tələbələrinin, habelə Rusiya paytaxtındakı “Dərviş” teatrının aktyorlarının ifasında Nigar Rəfibəylinin şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG