ABŞ-ın İspaniyadakı səfiri İspaniyanın xarici işlər nazirliyinə çağırılıb. ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin İspaniyada telefon danışıqlarına qulaq asması barədə yayılan məlumatlara dair səfirdən izahat istənilib.
Bu gün İspaniyanın El Mundo qəzetinin çap etdiyi sənədə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi təkcə bir ayda İspaniyada 60 milyon telefon danışığına qulaq asıb.
Bu gün İspaniyanın El Mundo qəzetinin çap etdiyi sənədə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi təkcə bir ayda İspaniyada 60 milyon telefon danışığına qulaq asıb.