Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 10:26

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi İspaniyada 1 ayda 60 milyon danışığa qulaq asıb


İspaniyanın “El Mundo” qəzetinin çap etdiyi sənədə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bir ayda – 2012-ci ilin dekabrından 2013-cü ilin yanvarına qədər İspaniyada 60 milyon telefon danışığına qulaq asıb.

El Mundo yazır ki, bu sənədi qəzetə Edward Snowden verib.

Wall Street Journal isə yazır ki, ABŞ prezidenti Obama elektronik dinləmə haqda məlumat alandan sonra Milli Təhlükəsizlik Agentliyi Almaniya kansleri Merkelin telefon danışığına qulaq asmağı dayandırıb. Həmin daxili məlumata görə, Milli Təhlükəsizlik Agentliyi dünyanın 35 liderinə qulaq asırmış.
XS
SM
MD
LG