Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Milli Şuranın 27 oktyabr mitinqi başa çatdı- [Video- Foto]

Bakıda Milli Şura etiraz mitinqi keçirib. Mitinq iştirakçıları 9 oktyabrda hakimiyyətin prezident seçkilərini saxtalaşdırdığını bildiriblər. AzadlıqRadiosu əməkdaşları mitinqi canlı izləyib.

13:31 27.10.2013
.
Bu gün Milli Şura 9 Oktyabr prezident seçkilərinin nəticələrinə etiraz olaraq mitinq keçirir.
Mitinqin keçirilməsi Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb.
Aksiyanın Bakının Yasamal rayonundakı “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda keçirilməsi nəzərdə tutulub.
Bakı şəhər prokurorluğu mitinq təşkilatçılarını aksiyada ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etməyə çağırıb.
MSK-nın məlumatına görə, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seşkidə seçicilərin təminən 5 faizinin səsini toplayıb.
Milli Şura prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG