Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Zaqatalada göbələkdən kütləvi zəhərlənmə: ölən var


-
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) apa-ya verilən məlumata görə, oktyabr 25-i axşam Zaqatala şəhərində yaşayan Osmanovlar ailəsinin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olublar.

Həkimlərin araşdırması zamanı məlum olub ki, ailə şam yeməyində göbələk yeyib. Yeməkdən bir qədər sonra onların halı pisləşməyə başlayıb. Xəstələrə ilkin yardım göstərildikdən sonra onlar müalicələrini davam etdirmək üçün həkim nəzarəti altında Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.

Oktyabrın 23-də də Zaqatala rayonunda göbələkdən zəhərlənmə faktı qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü göbələk və xaş yedikdən sonra zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub. Ailənin 3 üzvü müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

10 yaşlı Zümrüd Balaşova isə həkimlərin səyinə baxmayaraq, oktyabrın 25-də Zaqatala MRX-nın reanimasiya şöbəsində keçinib.
XS
SM
MD
LG