Minskdə MDB liderlərinin sammiti başlanıb. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edir.
Sammitdə ölkələrarası problemlər, mütəşəkkil cinayətkarlıq, terrorizm, insan və narkotik alveri ilə 5 illik mübarizə proqramı müzakirə olunur.
MDB-yə keçmiş SSRİ məkanının 11 dövləti daxildir: Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan.
9 dövlət sammitə öz prezidentini göndərib, Türkmənistan və Qırğızıstanı isə baş nazirlərin müavinləri təmsil edir.
Sammitdən qabaq Rusiya və Ukrayna prezidentləri görüşüblər. Görüşdə Ukraynanın Avropa Birliyinə yaxınlaşması müzakirə olunub.