Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:03

Təhsil Strategiyası təsdiqləndi


Arxiv foto
Arxiv foto
. Günün media icmalı (25 oktyabr)

President.az saytı Azərbaycanın təhsil strategiyasını dərc edib.

Sənəddə bildirir ki, təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artıb.
«Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması nəzərdə tutulur. Bundan başqa, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu yaradılacaq.
Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması üçün isə «onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması» nəzərdə tutulur.
Avropa Parlamenti
Avropa Parlamenti

AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİ MÜZAKİRƏ EDİLİR...
Oktyabrın 25-də çıxan əksər qəzetlər Avropa Parlamentinin 2 gün əvvəl qəbul etdiyi qətnaməyə, Azərbaycandakı prezident seçkiləri ilə bağlı məqamlara toxunub. İqtidar qəzetləri bu mövqeyi tənqid edir, müxalifət mediası isə alqışlayır.
«Yeni Azərbaycan»qəzeti «Avropa Parlamentinin ATƏT/DTİHB-nin qərəzli hesabatına istinad etməsi təəssüf doğurur» məqaləsində parlament üzvlərinin fikirlərini yerləşdirib.

«Azərbaycan» qəzeti isə yazır ki, «Avropa Parlamenti ikili standartlardan xilas ola bilmir».
AXCP sədri Əli Kərimli isə baş verənlərlə bağlı rəsmi Facebook səhifəsində status yazıb. «Azadlıq»qəzeti həmin münasibəti dərc edib:
«Kürü və neft pulları hər şeyə qadir deyilmiş. Avropa Birliyinin də ABŞ və ATƏT-lə birlikdə prezident seçkilərini saxta və qeyr-legitim elan etməsi hakimiyyətdə elə bir çaşqınlıq yaradıb ki, isterikanı gizlədə bilmirlər. Azərbaycan hakimiyyəti də Qərblə Bashar Assad, Lukashenka leksikonu ilə danışmağa başlayıb. Avropanı və bütövlükdə Qərbi nə az-nə çox «Azərbaycana qarşı təxribat və iğtişaş hazırlamaqda» ittiham ediblər».

«ANAM MƏNƏ DEYƏRDİ...»
«Yeni Müsavat»qəzeti isə «mandat alveri»ndə adı hallandırılan, ötən ilin dekabrında Türkiyədə vəfat etmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədovla müsahibə dərc edib. Oktyabrın 21-də keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi başlayıb.
Sevinc Babayeva
Sevinc Babayeva
- Gülər Əhmədova məhkəməsində dedi ki, Qazaxda saxlanılanda onun çamadanlarından hansısa disk axtarıblar. Eyni diskləri ananızı Türkiyədə himayə edən iş adamı Səlcuq Ağlayanın da evində, iş yerində axtarıblar. Güman edilir ki, bu diskləri ananız Azərbaycandan çıxanda özü ilə aparıb. Məlumatınız varmı ki, onların içində nələr var? Niyə bu disklər bu qədər önəm daşıyır istintaqçılar üçün?
- Vallah, heç xəbərim yoxdur. Bircə onu deyə bilərəm ki, mənim anam özü ilə Türkiyəyə heç nə aparmayıb, ordan da heç nə yollamayıb. Hətta anam ordan mənə etibarnamə verməyə qorxurdu. Deyirdi ki, heç bir sənəd çıxarma, adın heç yerdə olmasın. Disk-misk, bunlar boş-boş söhbətlərdir. Əgər gerçəkdən ortada nəsə olsaydı, bu barədə anam mənə deyərdi. Yüz faiz anam mənə hər şeyi danışırdı. Onun (G.Əhmədovanı nəzərdə tutur) Qazaxda saxlanılması söhbəti də başqa cür olub. O, özü mənə bu barədə danışıb. Deyirdi ki, onu saxlayanda telefonlarını və əlindəki 15-20 min dollarını alıblar. Bilmirəm, sonradan qaytarıblar ya yox, amma mənə belə danışdı. Disk söhbəti eləmədi. Olsaydı, diski də deyərdi mənə. Sonradan yuxuda nə görübsə, onu danışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG