Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:46

Daxili İşlər Nazirliyi Qusarda keçirilən əməliyyat barədə məlumat yayıb


Daxili İşlər Nazirliyi Qusarda keçirilən xüsusi əməliyyat barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 16-da Qusarda soyğunçuluqda şübhəli bilinən və polisə silahlı müqavimət göstərən qrupun daha bir üzvü Edik Rüstəmov oktyabrın 23-də keçirilən əməliyyat zamanı öldürülüb. Məlumata görə o əmliyyat zamanı polisə müqavimət göstərib.

Qeyd edək ki, oktyabrın 16-da Qusarda valyutadəyişmə məntəqəsinin işçisi qarət edilib.

Oktyabrın 19-da cinayətkarları ələ keçirməık üçün keçirilən əməliyyat zamanı polis mayoru Qalib Quliyev həlak olub, 3 polis isə yaralanıb.

Həmin atışmada həmçinin polisə müqavimət göstərən qrupun digər üzvləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov xüsusi təyinatlılar tərəfindən öldürülüb.
XS
SM
MD
LG