Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Avropa Parlamenti Elxan Süleymanovun məktubunu alıb


-
Avronest Parlament Assambleyası Elxan Süleymanovun məktubunu oktyabrın 24-də səhər saatlarında alıb. Avropa Parlamentindən AzadlıqRadiosuna verilən məlumata görə, məktub assambleyanın hər iki həmsədrinə – Ukrayna parlamentindən olan Evgeni Kirilov və Borys Tarasyuk-a göndərilib.

«Avronestin hər hansı rəsmi cavabı üçün birgə müzakirə lazımdır. Məktubda qaldırılan məsələlər gələn həftə (noyabrın 1-2-də) Kiyevdə keçiriləcək Avronest Bürosunda müzakirə olunacaq», - Avropa Parlamentindən AzadlıqRadiosuna bildiriblər.

Avropa Parlamenti oktyabrın 23-də qəbul etdiyi qətnamədə 9 oktyabr prezident seçkisinin beynəlxalq standartlara uyğun gəlmədiyindən təəssüfünü bildirib. Ertəsi gün AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurum rəhbərliyinə məktub göndərib, Avropa Parlamentinin qətnaməsini Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsi adlandırıb. O, Azərbaycanın Avronest PA-da fəaliyyətini dayandırdığını bildirib.
XS
SM
MD
LG