Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:05
-
Oktyabrın 21-də Saatlı rayonunun Mollavaizli kənd sakini, gənc fəal Elgün Bədəlovu polis saxlayıb. Ertəsi gün rayon məhkəməsi onun barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarıb.
Rayon polis şöbəsindən Elgün Bədəlovun polisə müqavimət göstərdiyinə görə saxlandığını bildiriblər. Ancaq təfərrüatlar barədə məlumat verilməyib.

Elgünün atası Şöhrət Bədəlov oğlunun həbsinin səbəbləri barədə danışmaq istəməyib.

Dostları isə onun azad fikirli olduğunu və bu fikirlərini sosial şəbəkələrdə paylaşdığına görə cəzalandırıldığını deyirlər.
XS
SM
MD
LG