Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:37

Hicab məhbusuna hökm oxunub


Oktyabrın 21-də Nərimanov Rayon Məhkəməsində hicab məhbusu Nahid Qəhrəmanova hökm oxunub. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub.

Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinib.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG