Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:07

Bu gündən hökumət istefa vermiş sayılır


-
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, «yeni seçilmiş ölkə prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir».

Baş naziri Milli Məclisinin razılığı ilə prezident təyin edir.

Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi ölkə prezidenti öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftədən gec olmayaraq parlamentin müzakirəsinə təqdim edir.

Parlament baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir.

Konstitusiyaya görə, göstərilən qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
XS
SM
MD
LG