Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:37

Rusiya rəsmisi Polad Bülbüloğlunun bəyanatına cavab verib


Aleksandr Lukashevich
Aleksandr Lukashevich
Rusiya xarici işlər nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç, Orxan Zeynalovun həbsi ətrafında isteriya qaldırılması ilə bağlı, Azərbaycanın bu ölkədəki səfiri, Polad Bülbüloğlunun bəyanatını əsassız adlandırıb.O qeyd edib ki, bu hadisələrlə bağlı, Rusiya hakimiyyət orqanlarının rəsmi şərhləri və kütləvi informasiya vasitələrində gedən məlumatlarda milli aspektə toxunulmur.

Polad Bülbüloğlu Moskvanın "Dojd" televiziya kanalına müsahibəsindı bunun məişət zəminində olan bir hadisə olduğunu, Moskva kimi şəhərlərdə demək olar ki, hər gün baş verdiyini və məsələ ətrafında bu qədər isteriya qaldırmağa ehtiyac olmadığını bildirib.

Azərbaycan tərəfi, oktyabrın 16-da, Rusiya xarici işlər nazirliyinə, Orxan Zeynalova konsul xidməti göstərilməsi ilə bağlı nota verib.
XS
SM
MD
LG