Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

Obama Konqresin qərarını təsdiqləyib


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama Konqresin bücə ilə bağlı əldə etdiyi kompramis layihəni təsdiqləyib.

Bununla dövlətin borc limiti qaldırılıb və dövlət defoltdan qaçıb.Eyni zamanda dövlət sektorunun maliyyələşdirilməsi bərpa edilib.

Amma bu hələlik müvəqqəti xarakter daşıyır.Belə ki, yeni qanunda dövlət müəssisələrinin yalnız yanvarın 15-dək maliyyələşdirilməsi, dövlət borclarına qoyulmuş limitin isə fevralın 7-dək götürülməsi nəzərdə tutulur.

Prezident Barack Obama kompramisə görə konqresmenlərə təşəkkür bildirib və belə bir böhranın təkrar olunmaması üçün hər iki tərəflə əməkdaşlıq edəcəyini vəd edib.

Beynəlxalq Valuta Fondunun icraçı direkotu Kristin Ləqard (Christine Lagarde) bu addımı alqışlayıb. Qeyd edək ki, o bundan əvvəl xəbərdarlıq eləmişdi ki, əgər məsələ yoluna qoyulmasa dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG