Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 04:47

Qusardakı hadisəyə görə bir nəfər tutulub, iki nəfər axtarılır


Qusardakı hadisəyə görə bir nəfər tutulub, iki nəfər axtarılır. Bu barədə oktyabrın 17-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, oktyabrın 16-da saat 08:00 radələrində Qusar şəhərində naməlum şəxs valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6 min manat pulu qarət yolu ilə ələ keçirib.

Qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Edik Rüstəmov saxlanılıb.

Əldə edilmiş pulun götürülməsi üçün rayon polis şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıblar:

"Bu zaman orada Edik Rüstəmovla əlaqələri olan 2 naməlum şəxsin açdığı atəşlə polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş müxtəlif dərəcəli xəsarətlər alıb".

Nazirliyin məlumatına görə, silahlı hücumu Qusar şəhər sakinləri Faiq ŞahmuradovRamiz Rəhimxanov törədiblər.

Həmin şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
XS
SM
MD
LG