Keçid linkləri

Təcili xəbərlər
2022, 19 May, Cümə axşamı, Bakı vaxtı 23:51

Laosda baş verən təyyarə qəzasında sərnişinlərin hamısı ölüb


Foto arxiv
Laosda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və heyət üzvləri həlak olub.Təyyarədə 44 sərnişin olub.

Bu barədə qonşu Tailandın hakim dairələri xəbər verir.

Lao Airlines şirkətinə məxsus təyyarə yerə enərkən Mekonq çayına düşüb.Məlumatlara görə qəza vaxtı hava şəraiti pis imiş.

ATR-72 markalı təyyarə paytaxtdan Pakse şəhərinə uçurmuş. Qəza hava limanına 5 kilometr qalmış baş verib.
XS
SM
MD
LG