Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 01:00
ABŞ prezidenti Barack Obama və vitse-prezident Joe Biden oktyabrın 14-də Ağ evdə konqresin liderləri ilə görüşmək fikrindədirlər.Bu barədə jurnalistlərə Ağ evin nümayəndəsi məlumat verib.

Söhbət büdcə böhranına görə yaranmış vəziyyətin həllindən gedir.Barack Obama konqresmenləri dövlət borclarına qoyulmuş həddin götürülməsi və iqtisadiyyata əminlik, etibar yaradılmasını nəzərdə tutan qanun layihəsi qəbul etməyə çağırır.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Ləqard (Christine Lagarde)
Bu arada xəbərdarlıq edib ki, əgər ABŞ-ın Borc limiti galdlrllmasa dünya iqtisadiyyatında kütləvi pozuntu baş verə bilər.

Qeyd edək ki, Konqresin yeni büdcə layihəsi ilə bir araya gələ bilməməsi ölkədə böhrana səbəb olub. Bir çox büdcə təşkilatları işləmir.
XS
SM
MD
LG