Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:08

Gülağa Aslanlıya xəbərdarlıq edilib


Gulaga Aslanli
Binqədi rayon məhkəməsi prezidentliyə namizəd Cəmil Həsənlinin MSK-da səlahiyyətli nümayəndəsi Gülağa Aslanlıya xəbərdarlıq edib.

O bu xəbərdarlığı “xırda xuliqanlığa” görə alıb. Gülağa Aslanlı ittihamı cəfəngiyyat adlandırıb.

Polisin məlumatına görə Gülağa Aslanlı İbrahim Ələkbərov adlı şəxsin şikayəti əsasında saxlanılıb.Belə ki, Gülağa Aslanlı zibil atarkən ona toxunub, sonra səs-küy və qarşılıqlı təhqir baş verib.Məhkəmə həmçinin şikayətçi barədə 10 günlük inzibati həbs qərarı çıxarıb.

Gülağa Aslanlı polis və məhkəmənin davranışını Cəmil Həsənlinin Seçki Qərargahında aktiv fəaliyyətinə görə təzyiq kimi qəbul edir.
XS
SM
MD
LG