-
Daşkəndin "Turon-İqbol" nəşriyyatında "XX əsr Azərbaycan poeziyası antologiyası" kitabı özbək dilində çap edilib.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunub.
Kitabın tərtibçisi şair və tərcüməçi Babaxan Məhəmməd Şərif, məsul redaktor Əziz Səidovdur.
Kitabın məsləhətçiləri Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.
Antologiyada XX əsr şairləri---Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Nəbi Xəzri, Xəlil Rza Ulutürk və başqalarının əsərlərindən nümunələr toplanıb.
Ötən əsrdə repressiya qurbanı olmuş Azərbaycan şairləri-- Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi və digərləri yada salınıb, onların əsərləri haqqında oxuculara məlumat verilib.
Kitab Mirzə Ələkbər Sabirin əsərləri ilə başlanır, gənc qələm sahiblərnin şeirləri ilə başa çatır.
Antologiyada 60 şair haqqında qısa məlumat və şeirlərindən nümunələr verilib.
Noyabrda kitabın Azərbaycan Mədəniyyət Mərkəzində geniş təqdimat mərasimi keçiriləcək.
Kitab Özbəkistanın elm, təhsil və tədqiqat mərkəzlərinə, aparıcı kitabxanalarına, ali məktəblərə və s. hədiyyə olaraq paylanacaq.