Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:21

Moskvada iğtişaşlar (Canlı yayım)


Moskvada etriazlar iğtişaşlara çevrilir
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Moskvada etriazlar iğtişaşlara çevrilir

Rusiya paytaxtının cənub rayonlarından birində baş qaldıran kortəbii etriazlar kütləvi iğtişaşlarla nəticələnib. Oktyabrın 13-də Moskvanın Biryulyovo-Zapadnoe rayonunda millətçi şüarlar qışqıran yüzlərlə adam yerli ticarət mərkəzinə və tərəvəz bazasına hücum ediblər. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb. Həbs olunan və yaralananlar haqda xəbərlər daxil olur.
Biryulyovoda iğtişaşlarından bir görüntü
Biryulyovoda iğtişaşlarından bir görüntü

Etirazlar oktyabrın 10-da Yegor Shcherbakov adlı gəncin qətlə yetirilməsindən sonra başlayıb. Axşam saatlarında rəfiqəsini ötürən Sherbakov ilə naməlm şəxs arasında mübahisə zamanı ona ölümcül bıcaq zərbələri endirilib. Yerli sakinlər əmindirlər ki, qatil qafqaz mənşəli şəxsdir. Tərəvəz bazasına olan hücumlar da bununla bağlıdır.

Daxili işlər nazirliyi cinayətin açılmasına komək edən məlumat müqabilində pul mükafatı elan etsə də, Biryulyovo sakinləri rəsmiləri fəaliyyətsizlikdə ittiham edirlər. Onlar rayonun icra başçısı və polis rəisinin istefasını tələb edəndən sonra, etirazçıların radikal hissəsi qafqazlıların işlədiyi ticarət mərkəzinə hücum ediblər. İğtişaşlar da bundan sonra başlayıb.

AzadliqRadiosunun rus xidməti xəbər verir ki, qonşuluqdakı rayonda da iğtişaşlar baş verib. Burada polis 60-a yaxın adamı saxlayıb.
XS
SM
MD
LG