Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 21:37

ABŞ-da 3 gündən sonra defolt ola bilər


Arxiv foto
-
Dünya Bankının başçısı Birləşmiş Ştatlarının iqtisadiyyatının riskə yaxınlaşması barədə xəbərdarlıq edib. ABŞ qanunvericiləri büdcə və borc nisbəti ilə bağlı çıxılmaz durumu həll edə bilməyiblər.
Jim Yong Kim deyib ki, ABŞ Konqresi 16.7 trilyon dollarlıq borc həddini qaldırmasa, Birləşmiş Ştatlar və digər ölkələrin iqtisadiyyatları yüksək faiz dərəcələri, inamsızlıq və artım tempinin azalması ilə üzləşə bilərlər.
Yong Kim bu sözləri şənbə günü Vaşinqtonda, Dünya Bankı (WB) – Beynəlxalq Valyuta Fondunun (IMF) illik görüşlərinin yekununda deyib.
ABŞ Xəzinədarlığı bildirib ki, borc həddi artırılmasa, ölkənin bütün xərclərini oktyabrın 17-dək ödəməyə nağd pulu olmayacaq. Bu isə Vaşinqtonun defolta düşəcəyi barədə narahatlıqları artırıb. Belə bir hal dünyanın maliyyə bazarlarını silkələyə bilər.

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG