Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:08

Dövlət Departamentinin bəyanatına rəsmi reaksiyalar gəlir


-
«ABŞ Dövlət Departamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv, qərəzli bəyanatı heç bir reallığa əsaslanmayan sənəddir»- bunu Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkiləri barədə bəyanatı ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib.
BAŞA DÜŞÜLMƏYƏN BƏYANAT
Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf tərəfində oktyabrın 10-da Vaşinqtonda səsləndirilən bəyanatda qeyd edilir ki, ABŞ davamlı olaraq Azərbaycan hökumətini seçkilərin azad və ədalətli keçirilməsini, ölkədə toplaşma, birləşmə, ifadə azadlıqlarını təmin etməyə çağırıb: «Təəssüf ki, biz bu seçkinin beynəlxalq standartlara uyğun olmadığı qənaətinə gəlmişik».
Azər Qasımov
Azər Qasımov
Azər Qasımov isə bildirib ki, bu bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı hesabata əsaslanır:

«Əvvəla qeyd etmək istəyirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məşvərətçi qurumdur. Onun qərarları və hesabatları yalnız tövsiyə xarakteri daşıyır. ABŞ Dövlət Departamentinin belə bir qurumun hesabatına əsaslanan fikirlər söyləməsi başa düşülən deyil».
Mətbuat katibi daha sonra müşahidəçilərin 2004-cü ildə ABŞ-da prezident seçkilərində üzə çıxardıqları neqativ halları xatırlayır və bir daha vurğulayır ki, ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasında prezident seçkiləri ilə bağlı bəyanatı qeyri-obyektiv və qərəzlidir.
ABŞ-IN SƏMİMİLİYİ ŞÜBHƏ ALTINDA
Xarici İşlər Nazirliyi də Dövlət Departamentinin bəyanata münasibətdə öz dərin təəssüfünü ifadə bildirir, bu bəyanatı qəbuledilməz hesab edir. Nazirlik bildirir ki, seçki 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə, azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilib və Azərbaycan xalqı sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə edib.
«Ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdiyi kimi Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım olub», bəyanatda belə deyilir.
«Bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə, bu barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və eyni zamanda tam şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir», XİN-nin bəyanatında vurğulanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG