Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 07:49

Prezident seçkisi Facebookda keçirilsəydi...


-
Facebook-dan birbaşa şərh yaz

Azərbaycanda prezident seçkisi başa çatdı. Ancaq görünür, sosial şəbəkələrdə seçki müzakirələri hələ bir müddət davam edəcək. Statusunda nəticələrdən şikayətlənən kim, qələbə sevincini paylaşan kim. Seçki saxtakarlıqları ilə bağlı videolar da sosial şəbəkələri bürüyüb..
Azadlıq FM-də sosial şəbəkələrdə seçki sonrası ab-havanı müzakirə etmişik:

Hacıbəy Heydərli:
- Cəmil Həsənlinin mitinqi üçün yaradılan “event”-ə 80000-ə yaxın insana dəvət göndərilib, 3900 nəfər qatılacağını bildirib. Bu da müxalifətin məğlubiyyətinin göstəricisidir.
- Cəmil Həsənlinin səhifəsinə yazan iqtidar yönlü gənclərə blok qoyulur. Bu da demokratiyadan danışan müxalifətin nə qədər dözümsüz olduğunu göstərir.
- Mən özüm Səbail rayonunda müşahidə aparırdım. Orda Milli Şuranın nümayəndələri də razıdılar seçki prosesinin gedişindən.
Natiq Ədilov:
- Azərbaycan hakimiyyəti real həyatda olduğu kimi, virtual aləmdə də sağlam rəqabəti bacarmır.
- Cəmil Həsənlinin səhifəsi qısa müddətdə əsl hadisə yaradacaq bir səhifəyə çevrildi.
- Statistik rəqəmlər heç də reallığı əks etdirmir.
- Sosial şəbəkələr seçkiyə obyektiv baxışa imkan verdi.

VERİLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG