Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:16

S. Novruzov: Seçicilərin əksəriyyəti Cəmil Həsənlini tanımır...


Siyavuş Novruzov
Siyavuş Novruzov
-
11 oktyabr - AzadlıqRadiosu Azərbaycanın media icmalı hazırlayıb

«NİYƏ ATƏT SUAL VERMİR Kİ...»
«ATƏT-in hesabatında on dənə yanaşma tərzini göstərə bilərəm ki, hamısı qərəzlidir». Bunu «Media Forum» saytına müsahibəsində YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.
«Hesabatda ancaq Yeni Azərbaycan Partiyasının namizədi ilə bağlı məqamlar göstərir, digər namizədlərin heç biri haqqında hesabatda heç nə yoxdur. İlkin hesabatda da belə idi. 23 günlük təbliğat-təşviqat kampaniyası zamanı Yeni Azərbaycan Partiyası 2600-ə yaxın görüş keçirib. 23 gün ərzində Milli Şuranın cəmi 14 görüşü olub. Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident seçmək olar? Özü də namizədləri Cəmil Həsənli də populyar deyil, seçicilərin əksəriyyəti onu tanımır. ATƏT-in hesabatında on dənə yanaşma tərzini göstərə bilərəm ki, hamısı qərəzlidir».
«BU XƏSTƏLİKDƏN ÖLÜM HALLARI 2,5 DƏFƏ AZALIB»
«Əgər əvvəllər Azərbaycanda talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanıb». Bu barədə Səhiyyə nazirliyinə istinadən AzərTAc məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə hər il orta hesabla 500 min uşaq pulsuz peyvənd olunur: «Bunun nəticəsidir ki, respublikada poliomielit, difteriya xəstəlikləri ləğv olunub, digərləri isə tək-tək hallarda baş verir. Vərəmlə mübarizədə ölkəmizdə epidemioloji stabillik yaradılmış, bu xəstəlikdən ölüm halları 2,5 dəfə azalıb. Hazırda bütün vərəm xəstələrin dərmanla təchizatı dövlət hesabına təmin olunur».
TORPAQ KOMİTƏSI KORRUPSİYA SİYAHISINA NECƏ DÜŞÜB?
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov komitənin adının Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin açıqladığı siyahıya yer almasına münasibət bildirib.
Komitə sədri «yap.org.az» saytına müsahibəsində bunu daha çox komitənin rayon və şəhər şöbələri müdirlərinin ikili tabelikdə olması ilə əlaqələndirib:
«Həmçinin qeyd etmək lazımdır ki, şöbənin gündəlik fəaliyyətinə aid işlərdən biri də bələdiyyələrin qərarından irəli gələn torpaqayırma işlərini həyata keçirməkdən ibarətdir. Bu da nəticədə (baxmayaraq ki, bələdiyyələr torpaq sahəsinin ayrılması barədə qərar qəbul edərkən Komitənin şöbələri orada iştirak etmirlər) bələdiyyələrin fəaliyyətinə dair məsələlərə prokurorluq orqanlarında baxılarkən bələdiyyələrin
Eldar Namazov və Eldar Quliyev
Eldar Namazov və Eldar Quliyev
qərarları əsasında Komitənin rayon şöbələrinin hazırladıqları torpaqayırma sənədlərində də bəzən müəyyən nöqsanlar da ortaya çıxır».
«SEÇKİ SAXTAKARLIĞI GÜZƏRANININ AĞIRLIĞINDAN ŞİKAYƏTÇİ OLANLAR VASİTƏSİ İLƏ EDİLİB»
«İlham Əliyevin seçkidən sonrakı çıxışı o anlama gəlir ki, Azərbaycan xalqı korrupsiya və rüşvət bataqlığında yenə çabalayacaq».
Bunu «Azadlıq» qəzetinə müsahibəsində «EL» Hərəkatının üzvü Eldəniz Quliyev deyib:
«İqtidar baş verən prosesləri dəyərləndirə bilmir. İndiyə qədər bu səviyyədə total saxtakarlıq olmamışdı. Təəssüf ki, hakimiyyət bu saxtakarlığı o qrupların vasitəsi ilə həyata keçirdi ki, əhalinin həmin təbəqəsi güzaranlarının pis olmasından gileylənirdi».
«MÜXALİFƏTDƏ DƏYİŞİKLİKLƏR OLACAQ»
Xalq partiyasının sədri Pənah Hüseyn «Yeni Müsavat»a belə deyib.
Onun sözlərinə görə, Azərbaycan siyasətini bu gün və yaxın dövrdə Cəmil Həsənlisiz təsəvvür etmək mümkün deyil, həm də doğru deyil: «Azərbaycan müxalifəti olduqca ciddi şəkildə bu məsələni hesab edirəm ki, dəyərləndirəcək və dəyişikliklər həm də müxalifətdə olacaq».
Berti Foqts
Berti Foqts
FOQTSUN GÜNAHI YOX İMİŞ
«Vergi ödəməsəydim işçi vizası ala bilməzdim». Bunu Azərbaycanın futbol yığmasının almaniyalı baş məşqçisi Berti Foqts son günlər onun vergidən yayınması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
«Onu da əlavə edim ki, mən FİFA müqaviləsi bağlamışam. Orda hər şey ayrı-ayrılıqda qeyd olunub».
Qəzet yazır ki, bu arada AFFA-nın mətbuat və ictimayyətlə əlaqəlıər departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, bu məsələdə Foqtsun heç bir günahı yoxdur: «Problem AFFA-lıqdır və artıq bu yöndə araşdırmalar gedir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG