Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

Azərbaycan: nəticələr seçkidən əvvəl açıqlandı


Generic - Press, illustrative photo, newspaper, newspapers, media, undated
Generic - Press, illustrative photo, newspaper, newspapers, media, undated
-

Britaniyada çıxan “The İndependent” qəzeti yazır ki, “tənqidçilər Azərbaycan seçkilərinin nəticələrinin bir qayda olaraq əvvəldən bəlli olduğunu deyirlər, lakin ölkə bu il bir az da irəli gedərək səsvermənin nəticələrini seçki məntəqələri hələ açılmadan elan edib”.

Qəzet yazır ki, Mərkəzi Seçki Komissiyası səhv ucbatından uzun müddətdir prezident olan İlham Əliyevin qələbəsini seçkidən bir gün əvvəl açıqlayıb.

Məqalədə deyilir ki, hökumətə tənqidi münasibəti ilə fərqlənən Meydan TV internet kanalı Mərkəzi Seçki Komissiyası üçün hazırlanmış mobil telefon aplikasiyasının telefon ekranlarından çəkilmiş şəkillərini nümayiş etdirib. Bu şəkillər cənab Əliyevin səslərin 72,4, müxalifət namizədi Cəmil Həsənlinin isə 7,4 faizini topladığını göstərib.
Ekran şəkillərindən görünür ki, aplikasiya hətta adamların hansı saatlarda, necə səs verdiklərini də göstərib. Əsl seçki isə ertəsi gün başlanıb.

Meydan TV-nin meneceri Emin Milli “The İndependent” qəzetinə deyib ki, qutuların topa-topa bülletenlərlə doldurulması əvvəlki seçkilər zamanı da sənədləşdirilib, lakin bu son sızma saxtakarlığın daha ciddi şəkil aldığını göstərir.

Gül kimi qutu doldururdular, bu app hardan çıxdı?

Özünün dissident ideyalarına görə həbsxana cəzası çəkmiş Emin Milli deyib ki, “onlar əvvəllər də qutuları doldurar, axırda istədikləri rəqəmi yazardılar”...
Qəzet yazır ki, exit-pollar cənab Əliyev üçün hətta daha yaxşı nəticə - 92 faiz nəticəsini göstərib.

“The İndependent” yazır ki, İlham Əliyev 2009-cu ildə keçirilımiş referendumun verdiyi imkanla üçüncü müddətə seçilir və həmin referendumun da saxtalaşdırıldığı söylənir.
Mobil telefonlar üçün aplikasiyanı hazırlamış “Happy Baku” şirkəti əvvəlcədən bəlli olan seçki nəticələrini yaydığı barədə iddiaları rədd edib. Şirkətin internet saytında yerləşdirilmiş bəyanatda deyilir ki, aplikasiyanın sınaqdan keçirilməsi üçün rəy sorğularının nəticələrindən istifadə olunub və bu rəqəmlərin builki seçkiyə heç bir aidiyyəti yoxdur.

“Happy Baku” şirkətinin rəhbəri olduğu söylənən Vüsal İsayev Meydan TV-nin sosial media üzrə meneceri Həbib Müntəzirlə Facebook vasitəsilə müzakirə aparıb və məqalənin saytdan çıxarılmasını rica edib.

Qəzet yazır ki, ATƏT 2008-ci ildə keçirilmiş prezident seçkisində mətbuat üçün məhdudiyyətli şəraitin mövcudluğunu tənqid etmişdisə, hazırkı seçkilərdə ağlabatan rəqiblərin olmadığını pisləyib.

Qaz və söz

Azərbaycan prezident seçkilərinin nəticələrini əvvəlcədən bildiklərini Almaniya şərhçiləri də qeyd ediblər.

Almaniyanın beynəlxalq radio yayınçısı olan nüfuzlu “Deutsche Welle”-nin (Alman dalğası) səhifəsində yerləşdirilmiş yazıda deyilir ki, Azərbaycandakı seçki ərəfəsində Avropa ümumən bu ölkədəki insan haqlarının vəziyyəti barədə susmağa üstünlük verib, çünki Avropaya Bakının qazı lazımdır.

Məqalədə bildirilir ki, Almaniyanın ən böyük enerji qrupu Eon bu günlərdə Azərbaycanla qaz sazişi imzalayıb və bu müqaviləyə görə qarşıdan gələn 25 ildə Azərbaycanın Şahdəniz yatağından 40 milyard kubmetr qaz idxal edəcək.

“Deutsche Welle” xəbər verir ki, məsələn, Almaniya Beynəlxalq və Təhlükəsizlik İşləri İnstitundan Uwe Halbach hələ Azərbaycan seçkilərindən əvvəl ədalətli səsvermənin olmayacağını bildirmişdi.

Məqalədə Avropa İttifaqının ikili standrtlarından da söz açılır. Yazıda deyilir ki, Aİ Belarusa sanksiyalar tətbiq edib, prezident Lukaşenkonun Avropaya səfərlərinə qadağan qoyulub.

Lakin Azərbaycan üçün yaradılan şərait fərqlidir. İlham Əliyev tez-tez Avropanın qonağı olur və ölkəsinin modernləşdirilməsinə görə təriflənir.

“Halbuki, insan haqlarının Azərbaycandakı vəziyyəti Belarusdakından çox az fərqlənir” – deyir Halbach.

Ekspertrt bildirir ki, Avropanın belə münasibəti Azərbaycanı daha təkəbbürlü ölkə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG