Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 08:03

Cəmil Həsənlinin nümayəndəsi polisə aparılıb


Seçki məntəqəsi
-
77 saylı Astara seçki dairəsinin 2 saylı məntəqə komissiyasının məşvərətçi səs hüquqlu üzvləri Asən Həşimli və oğlu Elvin Həşimli polis şöbəsinə aparılıblar. Onlar məntəqədə komissiyasında Cəmil Həsənlini təmsil ediblər.
2 saylı məntəqə seçki komissiyasının sədri İqbal Qurbanovun dediyinə görə ata və oğul səsveməyə gələnlərə kobud rəfdar edib. Onun sözlərinə görə, Elvin Həşimli seçki qutusunun möhürünü qırıb.
77 saylı dairə seçki komissiyasının katibi Gülhəsən Mirzəyev faktı təsdiq edib.
Qarşı tərəf isə bu ittihamları böhtan sayır.
Rayon polis şöbəsi ilə hələki əlaqə saxlamaq mümkün olmayıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG