Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:18

Azadlıq Radiosunun müxbiri seçicinin qeydiyyatda olmadığı məntəqədə səs verdiyini müşahidə edib


-

Bakıdakı 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 20 saylı məntəqəsində Milli Şuranın müşahidəçisi “karusel” baş verdiyini iddia edərək buna etiraz edib. O, seçkiyə yüzbaşıların da müdaxilə etdiyini bildirib. Yüzbaşı olduğu iddia olunan şəxs isə AzadlıqRadiosunun müxbirinə deyib ki, o, yüzbaşı deyil, sadəcə seçkiyə kənardan kömək etməyə cəhd göstərib. Onu məntəqədən kənarlaşdırıblar.

AzadlıqRadiosunun müxbiri Naxçıvani küçəsi 1-36 ünvanında yaşayan şəxsin, 20 saylı məntəqədə qeydiyyatda olmasa da, orada səs verdiyini müşahidə edib. Məntəqə sədri Saleh Mirzəyev müxbirimizə bildirib ki, belə şey ola bilməz, yəqin həmin şəxs qeydiyyatını dəyişib, ona görə əlavə bildirişlə səs verib. Müxbirimiz isə seçicinin əlavə bildirişlə yox, şəxsiyyət vəsiqəsi ilə səs verdiyini müşahidə edib.

Ülkər Akifqızı
XS
SM
MD
LG