Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Gəncədə seçicilərin 9 faizi səs verib (Saat 11-ə olan məlumat)


Azərbaycanda prezident seçkiləri keçirilir
Azərbaycanda prezident seçkiləri keçirilir
-
Saat 11-ə olan məlumata görə, Gəncədə seçicilərin 9 faizi artıq səs verib.

Şəhərdəki 4 dairə seçki komissiyasında ümumilikdə 154 min 698 seçici var. Onların 14 min 95 nəfəri artıq seçkilərdə iştirak edib.

Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə, 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir.

Dairə seçki komissiyalarından verilən məlumata görə, şəhərdə 28 nəfəri beynəlxalq, 1381 nəfəri isə yerli olmaqla 1409 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317 nəfəri siyasi partiyaların, 1064 nəfəri isə öz təşəbbüsləri ilə səsvermə prosesini izləyirlər.

Beynəlxalq müşahidəçilərdən isə 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edir.
XS
SM
MD
LG