Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:41

Sədr müavini rüşvət alarkən həbs edilib


Belarusda “Belneftxim” dövlət konserninin sədr müavini rüşvət alarkən həbs edilib. Bu barədə istintaq komitəsinə istinadən “İnterfax” agentliyi məlumat yayıb.

Saxlanan səxsin adı açıqlanmır. İstintaq məlumatlarına görə, həmin şəxs neft məhsullarınının emalı ilə bağlı şirkətin razılığı üçün 19 min dollar rüşvət alıb.

Belarus sənaye məhsullarının 30 faizdən çoxu dövlət konserni olan "Belneftekhim" payına düşür.
XS
SM
MD
LG