Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 19:53

Tovuzda Su Təminatı Sistemləri İdarəsinin qarajı külə dönüb


Arxiv foto
-
Tovuzda Su Təminatı Sistemləri İdarəsinin qarajı külə dönüb

Bu barədə Tovuz rayon Yanğından Mühafizə Hissəsindən məlumat veriblər.

Məlumata görə yanğın Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin qarajında baş verib. Yanğın başlanan kimi alov 1000 kvadratmetr dam örtüyü olan qarajın 550 kvadratmetrini kül edib. Yanğının qarşısını almaq üçün əraziyə idarənin 3 yanğınsöndürən cəlb edilib.

Yanğın səhər saat 5 radələrində söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.
XS
SM
MD
LG