Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:53

ABŞ Azərbaycanda jurnalistlərə hücumdan narahat olduğunu bildirir


Marie Harf
Marie Harf

ABŞ Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisi ərəfəsində - keçən həftə jurnalistlərə hücumdan narahatdır. ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bildirir ki, onun hökuməti “Azərbaycan hakimiyyətini ölkədə ifadə, toplaşmaq və birləşmək kimi fundamental azadlıqları qorumağa” çağırır.

AzadliqRadiosunun məlumatına görə oktyabrın 4-də Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabad rayonunda seçicilərlə görüşü zamanı bir qrup hökumət tərəfdarı müstəqil və müxalifət mediasını təmsil edən jurnalistlərə hücum edib.

Dövlət Departamentinin sözçüsü həmçinin deyib ki, Vaşinqton Azərbaycan hakimiyyətini seçkiyə qədərki və ondan sonrakı dövrdə azad, ədalətli və şəffaf seçim mühiti yaratmağa səsləyir. Onun bildirdiyinə görə ABŞ bu seçki kampaniyası dövrüdə bir sıra müsbət və mənfi aspektlər müşahidə edib. Amma sözçü həmin aspektlər haqqında ətraflı danışmayıb.
XS
SM
MD
LG