Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

Qırğızıstanda aksiyaçılar vilayət rəhbərini girov götürüblər


Qırğızıstanın Karakol şəhərində etiraz aksiyası
Qırğızıstanın Karakol şəhərində etiraz aksiyası
Qırğızıstanın şimalnda 200-ə yaxın aksiyaçı İssık-Kul vilayətinin rəhbəri Emilbek Kaptaqaevi girov götürüblər.

Karakol şəhərində əyalət rəhbərliyinin binası qarşısına yığışan aksiyaçılar “Kumtor” qızıl mədəninin milliləşdirilməsi və bundan əvvəl həbs edilmiş fəalların azad edilməsini tələb ediblər.

Ölkə parlamenti sentyabrda Kanadanın “Kameko” şirkəti ilə Qırğızıstan hökuməti arasında birgə müəssisə yaradılmasını nəzərdə tutan layihəni təsdiqləyib.Yeni layihədə Qırğızıstanın payı 50 faizdir.

Hazırda Bişkekin 33 faiz payı var.
XS
SM
MD
LG