Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:47

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb



APA-nın məlumatına görə, Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. Hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə yuvarlanıb.

Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov yerindəcə keçinib.

Maşında olan əsgər İlkin Orucov isə müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG