Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

Sədr Əlirəmzi Məhərrəmov: «86 saylı dairədə 6 veb kamera quraşdırılıb»


Sabirabad
Sabirabad
-
İsmayıllı 86 saylı dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov qeyd edir ki, seçkiyə hazırlıqla bağlı artıq son tamamlama işləri aparılır.

Onun sözlərinə görə, bülletenlər gətirilib və artıq məntəqələrə təhvil verilir.

Sədr deyir ki, əvvəlki illərdən fərqli olaraq bu il 86 saylı dairənin dislokasiyasında altı (6) məntəqədə veb kamera quraşdırılıb:
«Hər şey hazırdır. Veb kameraların 2- si kənd məntəqələrində, 4-ü isə şəhər ərazisindədir. Bütün məntəqələr generatorlarla təmin olunub, telefonla, elektrik avadanlıqlarıyla təmin olunub. Yəni demək olar ki, heç bir problem yoxdur. Demək olar ki, seçkiyə 86 saylı dairə tam hazırdır. ATƏT-in seçki müşahidəçiləri artıq rayonda yerləşiblər, onlar üç (3) dəfə dairədə olublar, eləcədə məntəqələrdə mütəmadi olaraq gəzərək müşahidə aparırlar. Əlavə MDB-nin müşahidəçiləri də bir dəfə dairəmizdə üç dəfə isə məntəqələrdə olublar. Yerli müşahidəçilər də həm dairədə, həm də məntəqələrdə seçki qabağı durumu müşahidə ediblər və seçkidə onlarla yerli müşahidəçi iştirak edəcək. Hələlik hər hansı narazılıqla bağlı bizlərə şikayət edən yoxdur. O, cümlədən də məntəqələrdən də şikayətlər yoxdur. Təbii ki, seçki günü şikayət olacaqsa tərəfimizdən araşdırılaraq və müvafiq tədbir görüləcək».
XS
SM
MD
LG