Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:31
-
Bu il sülh üzrə Nobel mükafatını almağa ən başlıca namizədlərdən biri pakistanlı məktəbli və gənc fəal Malala Yousafzai-dır.
Nobel laureatları sabah – oktyabrın 7-də Stokholmda elan edilməlidir.
Oslo Sülh Araşdırmaları İnstitutunun direktoru Kristian Berg Harpviken bildirib ki, Malala Nobelə iddialılar arasında favoritlərdəndir. O ötən il həmin mükafatın Avropa Birliyinə verilməsinin birmənalı qarşılanmadığını da söyləyib.
16 yaşlı Malala ölkəsində qızların təhsil almasını dəstəklədiyinə görə indiyədək bir neçə nüfuzlu mükafat alıb.
Ötən ilin oktyabrında talibançılar gənc fəalı öldürməyə cəhd göstərmişdilər. Malala bundan sonra bir müddət Böyük Britaniyada müalicə olunmuşdu.

Şərhləri göstər

XS
SM
MD
LG