Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:11

70 xarici jurnalist MSK-da akkreditə olunub


-
Prezident seçkisini işıqlandırmaq üçün 70-ə yaxın xarici ölkə jurnalisti Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditə olunub.

Bu barədə oktyabrın 5-də MSK-ya istinadən AzərTAc məlumat yayıb.

MSK-da akkreditə olunmuş xarici jurnalistlərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın «Russia Today» telekanallarının, «Bloomberg News», «Reuters», ITAR-TASS, «Sinxua», «Avropa Pressfoto», «Cihan» xəbər agentliklərinin, «Vesti Seqodnya», «Exo Planetı», «New-York Times» kimi qəzetlərinin əməkdaşları var.

Xarici jurnalistlərin akkreditasiyası davam edir.
XS
SM
MD
LG