Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:25

Seçki gününədək hamıya şəxsiyyət vəsiqəsi veriləcək


-
Seçki gününə qədər səsvermə hüququ olan bütün şəxslər şəxsiyyət vəsiqələri ilə təmin olunacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2001-ci ilin sonlarından şəxsiyyət vəsiqələri ilə bağlı islahatların keçirilməsindən bu günədək 16 yaşından yuxarı 6 milyon 360 min 332 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib:

«Hazırda ölkədə səsvermə hüququ olan bütün vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Yalnız yaş həddi ilə əlaqədar 10 755 vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilməyib».

Nazirlik seçki gününədək həmin vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunacağını bildirir.
XS
SM
MD
LG