Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:12

Dunja Mijatović jurnalistlərə təzyiqlərdən narahatdır


-
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatović Sabirabad rayonunda jurnalistlərə qarşı edilən hücumu qınayıb və dövlət orqanlarından bu hadisənin araşdırılmasını istəyib.

Bu barədə Contact.az saytı məlumat yayıb.

ATƏT-in nümayəndəsi hesab edir ki, jurnalistlərə qarşı zorakılıq yolverilməzdir və bu, bütövlükdə cəmiyyətə bir hücum kimi qəbul olunmalıdır. «Jurnalistlərə hücum və hüquq-mühafizə əməkdaşlarının onlara kömək etməməsi, müdaxilə etməməsi xüsusilə qəbul edilməz vəziyyətdir» - deyə bəyanatda qeyd olunub:

«Mən hakimiyyəti media işçilərinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etmək, hadisə ilə əlaqədar dərhal istintaqa başlamağa çağırıram».

Daxili İşlər Nazirliyinin oktyabrın 4-də yaydığı məlumatda bildirilir ki, jurnalistlərə təzyiqlərin olması barədə Sabirabad rayon polis şöbəsinə hər hansı müraciət daxil olmayıb.

Oktyabrın 4-də Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə keçirdiyi mitinq görüşdə bir qrup həmin tədbirə mane olmağa çalışıb. Bu zaman bir neçə jurnalist də təzyiqlərlə üzləşib.
XS
SM
MD
LG