Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Gürcü əsgərləri Şeyxin xeyir-duasını alıb Əfqanıstana gedir


Sheikh of Georgian muslims Vagif Akperov 1
Sheikh of Georgian muslims Vagif Akperov 1
Bundan sonra Gürcüstan əsgərləri başqa ölkələrə sülhməramlı aksiyalara yollanmazdan əvvəl Müsəlman ruhaniləri ilə görüşəcək və müsəlmanların inancı ilə bağlı ətraflı məlumat alacaqlar.

Gürcüstanın Müdafiə naziri İrakli Alasania Əfqanıstana yollanan əsgərlərlə birgə Gürcüstan Müsəlman Şurasının rəhbəri – Şeyx Vaqif Əkbərovla görüşdə belə deyib.
Cümə məscidində keçirilən görüşdə Əfqanıstana yollanan 31-ci batalyonun şəxsi heyəti, Müdafiə naziri İrakli Alasania və Silahlı Qüvvələrin Baş Qərargah rəisi İrakli Dzeneladze də iştirak ediblər.

Görüş zamanı Şeyx hərbçilərə islam dini və müsəlman adətləri ilə bağlı məlumatlar çatdırıb. Əsgərlərə nəyə diqqət eləməli olduqlarını, islamdakı qadağalar və Əfqanıstan əhalisinin özünəməxsus qaydalarından danışıb. Sonra Şey gürcü əsgələrinə xeyir dua verib və yola salıb.

Gürcüstanın Müdafiə naziri ilk dəfə keçirilən bu görüşün ənənəvi hal alacağını və bu yolla gürcü əsgərlərin əfqan xalqı ilə ünsiyyətinin daha rahat olacağını bildirib.
Onun sözlərinə görə, sülh yaratma missiyasında iştirak etməyə gedən əsgərlərin yerli adət-ənənələri bilib, əməl etməsindən təbii heç nə ola bilməz. Alasania əlavə edib ki, müsəlman-xristian və ya hansı dindən olurlarsa olsunlar, gürcü əsgərləri ölkənin maraqlarına xidmət etməsində də bu cür görüşlərin rolu böyükdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG