Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:29

Obama Asiya səfərini təxirə salır


ABŞ prezidenti Barack Obama gələn həftə Asiyaya nəzərdə tutulna səfərini təxirə salıb. Buna səbəb hökumətin büdcəsiz qalması və fəalliyyətini qismən dayandırmasıdır.

Obama Baliyə və Bruneyə Şərqi Asiya sammitinə getməyəcək. Onun yerinə nümayəndə heyətinə Dövlət katibi John Kerry başçılıq edəcək.

Ağ Evin bəyanatıda deyilir ki, Obama bu səfərin əvəzinə Vaşinqtonda qalacaq və respublikaçılkarla razılığa gəlməyə çalışacaq ki, hökumət işini tam bərpa edə bilsin.
XS
SM
MD
LG