Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 01:40

Azərbaycanlılar Brüsseldə etiraz aksiyası keçiriblər


Belçika Avropa Komissiyası
Avropada yaşayan azərbaycanlılar Brüsseldə Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın məlumatına görə,aksiyaçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına etiraz bildirib, münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş qırğın, terror aktları, bir milyondan çox adamın məcburi köçkünə çevrilməsi, və Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması ilə bağlı şüarlar səsləndiriblər.

Aksiyanın sonunda işğal edilmiş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb edən bəyanat qəbul ediblər.
XS
SM
MD
LG