Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:03

3 oktyabr- H. Əliyevin prezident seçildiyi gündür


Heydər Əliyev
Heydər Əliyev
-
“Yeni Azərbaycan” qəzeti 3 oktyabr 1993-cü il Heydər Əliyevin Azərbaycan prezidenti seçildiyi gündən yazır.

“Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir... Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir”.

20-25 FAİZ NATO STANDARTLARINA UYĞUNLUQ

“Azərbaycan ordusunun xidmətdə olan kadrlarının yalnız 20-25 faizi NATO standartlarına uyğun göstəricilərə malikdir”. “Medai forum” saytının yazdığına görə, bu fikirlər hərbi ekspert Cəsur Sümərinliyə məxsusdur.

Arxiv foto
Arxiv foto
“Bu kadrların tam əksəriyyəti – təxminən 90 faizi briqada komandiri və daha aşağı vəzifələrdə çalışırlar. Müşahidələr göstərir ki, müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələrinin iri hərbi birləşmələrinin rəhbərliyinə, eyni zamanda Müdafiə Nazirliyinin ali idarəetmə strukturlarına NATO standartlarına uyğun zabitlər təyin olunmayıb. Vəziyyətin belə şəkildə davam etməsi əslində Azərbaycan Silahlı Qüvvələrini ümumi inkişafdan saxlayır və onun NATO standartlarına uyğunlaşdırılmasına ciddi əngəl törədir”.

PRERZİDENTLİYƏ NAMİZƏDLƏRİN ÇIXIŞLARINA PENSİYA İRADI

“Bəzi prezidentliyə namizədlərin Azərbaycanda pensiyaya çıxma yaşı və pensiyada olma müddəti barədə açıqlamaları doğru deyil”

Bunu Trendə müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev deyib.

Elman Babayev deyib ki, bəzi prezidentliyə namizədlərin Azərbaycanda pensiyaya çıxma yaşının 65, yaşa görə pensiya alanların pensiyada olma müddətinin 4-5 il təşkil etdiyi barədə açıqlamalar doğru deyil.

"Əmək pensiyaları haqqında" qanununa əsasən, Azərbaycanda kişilər 63 yaşına çatdıqda və ən azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var. Qadınlar üçün isə bu yaş həddi 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 yaş təşkil edir:

"Bu baxımdan Azərbaycanda pensiya yaşının 65 olması barədə deyilənlər doğru deyil”.

“FUTBOLSEVƏRLƏR ARENAYA PULSUZ GİRƏCƏK”

Arxiv foto
Arxiv foto
“Futbol+” yazır ki, 10 aydan sonra ilk dəfə Gəncə stadionuna çıxacaq “Kəpəz”in ilk iki oyunu biletsiz, pulsuz olacaq. Qəzet bu məlumatı “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevə istinad edərək yazır.

”Qarşıdakı iki maçtda futbolsevərlər arenaya pulsuz girəcək. Azarkeşlər çoxdan Gəncədə futbol görməyib. Bu üzdən onlara xoş olsun deyə bu addımı atdıq” deyə baş məşqçi bildirib.

10 İLLİK ASILILIQ

İlham Əliyevin ruslarla bağladığı silah anlaşması ölkə üçün çox təhlükəlidir”.

Bunu “Azadlıq” qəzetinə müsahibəsində müdafiə nazirinin sabiq müavini və hazırda Norveçdə mühacirətdə olan İsa Sadıqov deyib.

“Əgər həmin müqaviləyə görə biz Rusiyadan hər il 400 milyonluq adi silah alsaq, həmin müqavilənin tam realizəsi üçün bizə 10 il vaxt lazımdır. Bu o deməkdir ki, biz yaxın 10 ildə tam Rusiyanın və rus silahının asılılığında olacağıq”.

“...DEYİRLƏR Kİ, TORPAQLARI AZAD EDİN, GƏLİN YAŞAYAQ”

“Dağlıq Qarabağda yaşayan erməni icması ilə danışıqlara hazırıq”. “Bizim yol” yazır ki, bu jurnalistlərə açıqlamasında dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.

“Bilirsiniz, mənimlə telefon danışıqları olub, çox ağır yaşamalarına, çətinlik çəkmələrinə görə deyirlər ki, torpaqları azad edin, gəlin yaşayaq. Ermənilər Ermənistan hakimiyyətinin Qarabağda yaşayan siravi erməniləri çox ciddi təsir altında saxladıqlarını da dilə gətirirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG